1 mart 2011 17:53

Mirbağır İsayev: İnter`ə xüsusi sürprizimiz yoxdu

“Abşeron”un baş məşqçisi Mirbağır İsayev azerisport.az saytına müsahibəsində Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə oyunlarındakı şanslarından danışıb.
 
- “Abşeron”un işləri heç də pis getmir...
- Cəmi iki oyunda heç-heçə etmişik. Ancaq qalan bütün oyunlarımızda qələbə qazanırıq. Uşaqlar sağ olsunlar. Cəmi bir qol buraxmağımız da sevindirici məqamlardandı. Bu, çox yaxşı göstəricidi.
 
- Bəs ölkə kubokunda məqsədiniz nədi?
- Məşq edirik. MOİK və “Simurq”la kubok oyunlarına necə hazırlaşmışdıqsa, buna da eyni şəkildə hazırlaşırıq. Baxaq, görək necə alınacaq. Bəzi kadr itkilərimiz var. Biz həm də çempionat oyunlarına hazırlaşırıq.
 
- Kubok oyunlarını ciddi hesaba almırsız?
- Həmişə demişəm ki, birinci divizionun oyunları bizim üçün daha yüksəkdə durur. Bu turnirin səviyyəsinə baxmayaraq, birinci divizion hazırda bizim üçün qazanılası əsas birincilikdi. Lakin bu, o demək deyil ki, biz kubokdan əlimizi çəkmişik. Biz “İnter”lə də oyuna hazırıq. Güclü komandadı. Axı onlar hətta “Birlik Kuboku”nu qazandılar.
 
- Sizcə, birinci divizionu təmsil edən komandanız Premyer Liqanın son mövsümünün çempionunu məğlub edəcək gücdədi?
- Bu cür bənzətmələri jurnalistlər edə bilər. Biz isə öz oyunumuzu sərgiləməyə çalışacağıq. Oyundan sonra deyə bilərəm ki, bizim şanslarımız necədi.
 
- Öz ev oyunlarınızı elə “İnter”in sayılan “Şəfa” stadionunda keçirirsiz. Daha münasib stadion tapa bilməzdiz ki, komandanıza faydası olsun?
- Niyə bərabərsəviyyəli meydandan imtina etməliyik ki? İndi ölkədə yaxşı qazon baxımından problemlər var. Niyə pis vəziyyətdə olan arenalarda oynamalıyıq ki? Mövsüm hələ başa çatmayıb və heç kimin zədələnməsini də istəmirik. Futbol oynamalıyıq, ot haqda düşünməməliyik.
 
- Bu komandaya qarşı necə oynamağı planlaşdırırsız?
- Meydanda görəcəksiz. Bizim “İnter” üçün xüsusi sürprizimiz yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.