2 mart 2011 00:03

85 günlük fasiləyə son və ya XL-la Neftçi ilk dəfə üz-üzə

Bu gün Azərbaycan kubokunda 85 günlük fasilə başa çatır. Azerisport.az xəbər verir ki, ölkə kuboku yeni ildə 1/4 final mərhələsinin qarşılaşmalarıyla azarkeşlərin görüşünə gəlir.
 
Lakin 4 qarşılaşmanın heç də hamısı eyni gündə baş tutmayacaq. Belə ki, ilk oyunlar çərçivəsində ev oyunlarını “Şəfa”da keçirən iki komandadan biri – AZAL-ın “Turan”la dueli bu gün keçiriləcəksə, qalan 3 matç sabaha təsadüf edəcək.

Kubokda yolları bir dəfə kəsişən və Tovuz klubunun növbəti mərhələyə vəsiqə qazanmasıyla nəticələnən AZAL – “Turan” duelində indi paytaxt klubunun şanslarını yüksək qiymətləndirmək olar. Hər halda Nazim Süleymanovun komandası cari mövsüm heç də az iddialı təsir bağışlamır. Düzdü, son turlarda ardıcıl xal itkiləri “təyyarəçilər”in əzəmətinə müəyyən qədər kölgə salıb. Lakin “Turan”ın da hazırkı durumunu nəzərə alsaq, istənilən halda paytaxt klubu bölgə təmsilçisini keçəcək gücdədi. Bu yolda ilk oyunda qol buraxmadan, rəqibi mümkün qədər çox məyus etmək xüsusi önəm daşıyacaq. Tovuz klubu isə yalnız çılğın baş məşqçisi Naci Şensoyun sayəsində nəyəsə ümid edə bilər ki, bu mənada səfərdən sərfəli nəticə ilə qayıdıb, doğma meydan amilinə bel bağlamaq olar. Premyer Liqanın cari mövsümündə bu komandaların duellərində sevinən tərəfin AZAL olduğunu da qeyd edək: evdə 1:0, səfərdə 3:1.
 
1/4 final mərhələsinin daha bir maraqlı cütü var ki, vaxtilə üz-üzə gəliblər. Ölkə kubokunun hazırkı sahibi “Bakı” vaxtilə iki oyun nəticəsinə görə onu növbəti mərhələyə buraxmayan “Qəbələ”dən qisas almağa çalışacaq. Yenicə başa çatan təsnifat mərhələsində ilk altılığa düşmək üçün gərgin mübarizə aparan bu iki komandanın duelindən qalib çıxan tərəf paytaxt klubu oldu. Biabırçılıqdan son anda yaxa qurtaran “zolaqlılar” indi çempionatda da nəyəsə nail olmaq imkanına malikdi. “Qəbələ”də isə avrokuboklara vəsiqə qazanmaq və ya mövsümü titulla bitirmək üçün yeganə yol kubokdan keçir. Odu ki, Toni Adamsın komandası bakılılarla ilk görüşdə çempionatdakı uğursuzluğun qisasını almağa çalışacaq. “Bakı” isə tutulunu qorumaq üçün çempionatda olduğu kimi, bu dəfə də Qəbələdən sərfəli nəticəylə qayıtmalıdı. Hansı ki, səfərdə minimal hesabla qalib gəldikləri bu rəqib üzərində doğma meydanda da 2:1 üstün olmuşdular.
 
“Abşeron” – “İnter” dueli isə bir sıra özəlliklərinə görə fərqlənir. Məsələ burasındadı ki, son Azərbaycan çempionu digər iştirakçılardan fərqli kubokdakı mübarizəsini davam etdirən yeganə birinci divizion təmsilçisiylə qarşılaşacaq. Deməli, “Birlik Kuboku”nun qalibi üçün ilk dəfə üz-üzə gələcəyi rəqiblə mübarizədən qalib ayrılmaq heç də çətin olmamalıdı. Lakin bir məqam var ki, Mirbağır İsayevin komandası da birinci divizionda at oynadır. 16 oyuna rəqib qapılarından 44 top keçirən “Abşeron” öz qapısından cəmi 1 qol buraxıb. Həmin oyunlarda bir dəfə də olsun, məğlub olmayan lider sadəcə 2 dəfə heç-heçəyə razılaşıb.
 
Lakin şübhəsiz 4 qarşılaşma arasında ən çox maraq doğuran görüş Premyer Liqada da liderlik edən, çempionluq uğrunda mübarizə aparan “Neftçi” və “Xəzər Lənkəran” arasında olacaq. Bu iki əzəli rəqibin müxtəlif dövrlərdə hər bir görüşü böyük maraq doğurub. Hətta iddialı təsir bağışlamadıqları günlərində də. Lakin hazırda çempionluq üçün döyüşən tərəflər eyni zamanda kubokda da itkisiz irəliləməyi hədəfləyirlər. Bu mənada sözügedən turnirdə ilk dəfə üz-üzə gələn əzəli rəqiblərin kubok mübarizəsinin də güzəştsiz keçəcəyi dəqiqdi.
 
Qeyd edək ki, artıq cari mövsümdə iki dəfə üz-üzə gəlmiş “Neftçi” və “Xəzər Lənkəran”ı may ayına kimi daha 4 duel gözləyir. Təsnifat mərhələsindəki görüşlərin nəticəsinə əsasən üstünlüyün cənub təmsilçisində olduğunu demək olar. Hər halda doğma meydanda minimal hesablı qələbəyə sevinən Mirça Rednikin komandası səfərdən də qolsuz heç-heçə ilə dönmüşdü. Yenə eyni uğuru təkrarlaya bilsələr, cənublular yarımfinala çıxa bilərlər. Lakin hazırda Premyer Liqada lider olan “Neftçi”nin də asanlıqla təslim olmayacağı dəqiqdi.
 
Bütövlükdə isə sabah, “Böyük oyun” adı verilmiş “Neftçi” və “Xəzər Lənkəran” klublarının duellərində 18-ci “səhnə”nin şahidi olacağıq. Qeyd edək ki, Lənkəran klubunun yarandığı gündən barışmaz rəqibə çevrilən bu iki komanda indiyə qədər milli çempionatlarımızda 17 dəfə qarşı-qarşıya gəliblər. Statistik göstəricilərə nəzər saldıqda, “Neftçi”nin müəyyən üstünlüyünün şahidi oluruq. 17 oyunun 6-da “ağ-qaralar”, 4-də “ağ-yaşıllar” qələbə qazanıbsa, qalan 7 görüşdə də heç-heçə qeydə alınıb. Topların fərqində də “Neftçi” irəlilədi – 13:12.
 
Azərbaycan kuboku
1/4 final
2 mart (çərşənbə)
 
AZAL – Turan
Hakimlər: Ramil Diniyev, Coşqun Həsənov, Munis Abdullayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
 
3 mart (cümə axşamı)
 
Abşeron – İnter
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İsgəndər Əliyev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. "Şəfa" stadionu. Saat 14:00.
 
Qəbələ - Bakı
Hakimlər: Rövşən Əhmədov, Vaqif Musayev, Mehman Mahmudov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu. Saat 14:00.
 
Neftçi - Xəzər Lənkəran
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Eldar Nağıbəyov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 18:00

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.