1 mart 2011 00:20
Klublarımızın qənimi və ya Xaqani Məmmədovun sevimli hakimi
Artıq Premyer Liqanın birinci – təsnifat mərhələsinə rəsmi şəkildə yekun vuruldu. Məhz bu üzdən azerisport.az çempionatımızın final mərhələsinə qədərki geridə qalan dövrünə rəqəmlərin gözüylə baxmaq qərarına gəlib.
İlk olaraq hakim təyinatları ilə bağlı araşdırma apardıq. Axı hakimlik həmişə olduğu kimi, cari mövsümdə də az müzakirə mövzusu deyil. Araşdırmalarımızın diqqətçəkən məqamları haqda isə yazının davamında xəbər tutacaqsız.
Premyer Liqanın təsnifat mərhələsinin geridə qalan dövründə ümumilikdə 132 qarşılaşma baş tutub ki, AFFA Hakimlər Komitəsi (HK) həmin qarşılaşmalarda cəmi 14 baş hakimin xidmətindən yararlanıb. Bu isə orta hesabla sözgüdən referilərin 9,4 oyuna təyinat alması deməkdi. Ancaq təbii ki, HK onların hamısına eyni sayda təyinat verməyib.
Bu vaxta qədərki təyinatlara qısaca olaraq, nəzər saldıqda görürük ki, Əliyar Ağayev və Əmrah İbrahimov kimi ədalət təmsilçiləri müvafiq olaraq cəmi 2 və 1 matçda fit çaldığı halda, Elçin Məmmədov 17 qarşılaşmada komandaları meydana çıxarıb. Halbuki Məmmədovun bu qədər oyuna təyinatı müəyyən məqamlarına görə təəccüblü qarşılana bilər.
Ən azı elə ona görə ki, bizim Fariz Yusifov və Vüsal Əliyev kimi FİFA referilərimiz belə Məmmədov qədər təyinat almayıb. Deyə bilərsiz ki, elə Elçin Məmmədov da FİFA referisidi. Lakin nəzərə almaq lazımdı ki, o, futzal üzrə FİFA hakimi adını daşıyır və istənilən halda Yusifov, Əliyev kimi daha ünlü referilərin kənarda qalması qəribə qarşılanır. Hansı ki, hər ikisi 15 oyun idarə etmiş bu hakimlər Məmmədovdan düz 2 oyun az idarə edib.
İlk üçlüyün əsas davamçıları isə müvafiq olaraq 13 və 11 oyuna təyinat alan Rövşən Əhmədovla Ceyhun Haşımovdu. Əfqan Həmzəyev, Elnur Muradov, Anar Salmanov və Ramil Diniyev isə hamısı 10 qarşılaşmada elita təmsilçilərinin taleyinə aydınlıq gətirib.
Təsnifat mərhələsində təyinat alan referilərin idarə etdikləri oyunlarda “payladığı” vərəqələrin də sayına diqqət yetirmək pis olmazdı. Təbii ki, burda da daha çox oyuna təyinat alan FİFA referilərinin “liderliyi” diqqət çəkir. Lakin maraqlıdı ki, Məmmədovdan az oyun idarə etməsinə rəğmən, Fariz Yusifov 15 qarşılaşmada elita təmsilçilərinə bütövlükdə 72 vərəqə göstərib ki, məhz bu rəqəm rekord göstəricidi.
Sarı vərəqə paylamaqda isə Elçin Məmmədov digər həmkarlarını qabaqlayır. O, 17 matçda 69 sarı vərəqəyə əl atıb ki, heç bir həmkarı onun qədər bunu etməyib. Həm göstərdiyi vərəqələrin cəminə, həm də “sarı”ların sayına görə Məmmədovla Yusifova “uduzan” Vüsal Əliyev isə “qırmızı”larının sayına görə rekordçudu. Onun verdiyi 65 vərəqədən 6-sı qırmızı olub.
Nisbətən çox oyun idarə etməsiylə seçilən Rövşən Əhmədovla Ceyhun Haşımovu da fərqləndirən maraqlı məqamlar var. Məsələ burasındadı ki, Əhmədov 13 qarşılaşma ərzində heç bir futbolçuya qırmızı vərəqə göstərməyib. Haşımov isə idarə etdiyi 11 qarşılaşmada bir dəfə də olsun, nə futbolçulara qırmızı vərəqə göstərib, nə də komandaların qapısına penalti təyin edib.
Əvəzində cəmi 2 və 1 matç idarə etmiş Əliyar Ağayevlə Əmrah İbrahimov onlardan daha “cəsarətli” olub. Hər halda 2 oyuna həm qırmızı vərəqə göstərməyə, həm də penalti təyin etməyə imkan tapan Ağayevlə yanaşı, İbrahimov da 11 metrlik nöqtəni göstərməyə özündə cəsarət tapıb.
Ən çox penalti göstərən hakim ünvanı isə Anar Salmanova məxsusdu. Maraqlıdı ki, idarə etdiyi 10 görüşdə 1 dəfə də olsun, futbolçulara qırmızı vərəqə göstərməyən bu hakim elita təmsilçilərinin qapısına 5 dəfə penalti təyin edib. Bu isə, hakimlər arasında rekord göstəricidi.
|
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
|
1
|
Elçin Məmmədov
|
17
|
69
|
2
|
71
|
1(1)
|
|
2
|
Fariz Yusifov
|
15
|
68
|
4
|
72
|
-
|
|
3
|
Vüsal Əliyev
|
15
|
59
|
6
|
65
|
3
|
|
4
|
Rövşən Əhmədov
|
13
|
58
|
-
|
58
|
1
|
|
5
|
Ceyhun Haşımov
|
11
|
21
|
-
|
21
|
-
|
|
6
|
Əfqan Həmzəyev
|
10
|
36
|
2
|
38
|
1
|
|
7
|
Elnur Muradov
|
10
|
28
|
1
|
29
|
1
|
|
8
|
Anar Salmanov
|
10
|
45
|
-
|
45
|
5 (1)
|
|
9
|
Ramil Diniyev
|
10
|
38
|
1
|
39
|
2 (1)
|
|
10
|
Rauf Cabbarov
|
7
|
13
|
-
|
13
|
1
|
|
11
|
Elvin Əsgərov
|
6
|
18
|
4
|
22
|
2
|
|
12
|
Rəhim Həsənov
|
5
|
19
|
1
|
20
|
2(1)
|
|
13
|
Əliyar Ağayev
|
2
|
5
|
1
|
6
|
1
|
|
14
|
Əmrah İbrahimov
|
1
|
6
|
-
|
6
|
1
|
|
|
CƏMİ
|
132
|
483
|
22
|
505
|
21 (4)
|
QEYD: 1 – hakim, 2 - oyun, 3 – sarı vərəqələr, 4 – qırmızı vərəqələr, 5 – bütün vərəqələri, 6 – penalti (baş tutmayıb).
