1 mart 2011 11:53
“Azərbaycan klubları ilə 30 milyon dollar itirir”
Rusiyanın “Sovetskiy Sport” qəzeti Azərbaycanın futbol klublarının təxmini itkilərini hesablamağa çalışıb. Azerisport.az xəbər verir ki, şimal qonşularımız futbol təsərrüfatımız barədə danışarkən, bunları vurğulayıblar:
“Keçmiş MDB ölkələri ərazisində futboldan gəliri əsasən Rusiya və Ukraynada götürürlər, nəinki Azərbaycanda. Azərbaycan klublarının büdcəsi ictimaiyyət üçün qapalıdı və heç kim dəqiq bir şey bilmir. Lakin jurnalistlərin qiymətinə görə, ölkənin aparıcı klubları ilə 30 milyon dollar məbləğində pul itirir. Halbuki, avrokuboklarda bunun layiqli nəticəsi yoxdu. Bu, bir daha göstərir ki, pul heç də dərhal nəticə gətirmir”.
