1 mart 2011 00:11
AÇ-2012-dəki potensial rəqiblərimizin siyahısı açıqlandı
Futzal üzrə Azərbaycan yığma komandasının Avropa çempionatının final mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, 2012-ci ildə Xorvatiyada təşkil olunacaq qitə birinciliyinin püşkatma mərasimi bu ilin sentyabrın 9-da keçiriləcək.
Püşkatmaya hələ xeyli vaxt qalsa da, UEFA artıq indidən final mərhələsinə vəsiqə qazanan komandaları 3 səbətə bölüb. Yığmamız 12 iştirakçı arasında 3-cü – sonuncu səbətdə yer alıb. Bu isə, komandamızın Rumıniya, Sloveniya və Türkiyə istisna olmaqla, qalan 8 komandadan ikisinə rəqib olacağı deməkdi.
Səbətlərin tərkibi isə belədi:
1-ci səbət: Xorvatiya, İspaniya, İtaliya, Portuqaliya
2-ci səbət: Rusiya, Çexiya, Ukrayna, Serbiya
3-cü səbət: Azərbaycan, Rumıniya, Sloveniya, Türkiyə
Qeyd edək ki, final mərhələsində 4 qrup qalibi “Dördlər final”ına çıxacaq.
