1 mart 2011 20:55
Zenit Şükürovsuz Anji`ni kubokdan kənarlaşdırdı (YENİLƏNİB)
Bu gün Rusiya kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Vaqif Sadıqovla Emin Ağayevin çalışdığı, millimizin üzvü Mahir Şükürovun çıxış etdiyi “Anji” klubu Sankt-Peterburq “Zenit”i ilə münasibətlərinə aydınlıq gətirib.
Mahaçqaladakı arenanın hazır olmaması səbəbindən rəqibini Qroznıda – “Terek”in stadionunda qəbul edəcək “Anji”nin heyətində Mahirin də meydana çıxacağına ümid bəsləsək də, bu, baş verməyib. Belə ki, Hacı Hacıyev ötən mövsüm əsas heyət üzvlərindən olan həmyerlimizi bu görüşün iştirak ərizəsinə daxil etməyib. Qarşılaşma isə həmyerlilərimizin komandasının məğlubiyyəti ilə başa çatıb və "Zenit" növbəti mərhələyə vəsiqə qazanıb.
Anji - Zenit - 2:3 (1:1)
Qol: Sabolç Xusti, 13-pen. (0:1), Kamil Ağalarov, 23 (1:1), Danni, 68 (1:2), Lazoviç, 82 (1:3), Aleksey İvanov, 90 (2:3) .
