1 mart 2011 12:37

Mircavadov: 20 ildi bu haqda danışıram

Azərbaycanın təcrübəli futbol mütəxəssislərindən olan Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində futbolumuzun hazırkı durumundan, MDB ölkələrindən geri qalmağımızın səbəblərindən danışıb.
 
- Bu yaxınlarda Rusiyadan bir jurnalist Ermənistanda və Bakıda olub, iki ölkə arasında müqayisələr aparıb. Onun sözlərinə görə qonşu ölkədə əsasən yerli oyunçulara üstünlük, legionerlərdən imtina ediblər, əsas diqqət uşaq futboluna yönəlib. Bizdə isə vəziyyət tam fərqlidi. Sizcə, bu fikirlər düzdü?
- Düzdü ki, bizdə öncə tavanı düzəldirik, daha sonra özülünü atmağa çalışırıq. Öncə legionerləri dəvət edirik, daha sonra uşaqlar yadımıza düşür. Mən artıq 20 ildi bu haqda danışıram. Birinci növbədə şəraiti yaxşılaşdırmaq lazımdı. Axı bu necə ola bilər ki, gənc futbolçu bütün ilboyu süni meydançada məşq etsin, oynasın? Bunun üçün təbii qazonlara üstünlük verilməlidi. Təbii ki, gənclərdən ibarət komandalar arasında çempionatların keçirilməsi sevindirir. Ancaq kəmiyyətə yox, keyfiyyətə üstünlük verilməlidi.
 
Ermənilərə gəlincə, mən onların seçmə mərhələ çərçivəsindəki son iki oyununa baxmışam. Əlbəttə, bütün məşqçilər korpusu yerlilərdən təşkil olunub, üstəlik futbolçuları arasında legionerlər yoxdu. Onlar öz oyunlarından imtina etməyiblər. Amma biz öz oyunumuzu itiririk, hansı ki, sadəcə bunu “Qarabağ” saxlayır.
 
- Çoxları “İnter”in “Birlik Kuboku”nda Ermənistanın 4-cü klubuna qalib gəlməsinə sevindi. Ancaq gəlin görək onların heyətində neçə legioner var, bizim heyətimizdə nə qədə idi...
- Mən ermənilərlə oyunda özümüzkülərin oynayacağını gözləyirdim. Ancaq təəssüf ki, onları oyunun başa çatmasına 5 dəqiqə qalmış meydana buraxdılar. 2005-ci ildə “Pünik”ə qarşı 8 azərbaycanlı futbolçu buraxmışdım. Belə komandalar üzərindəki qələbələri azərbaycanlılarla qazanmaq lazımdı.
 
- Hesab etmirsiz ki, “Birlik Kuboku”ndakı nəticələr bizi yanıldır?
- Xeyr. Bu, sadəcə turnirdi. Əlbəttə, əvvəllər daha güclüydü. “İnter”in qələbəsi də məni müəyyən qədər sevindirdi. Mən hətta onları təbrik də etdim. Əgər hansısa turnirdə iştirak edirsənsə, qarşına yüksək vəzifələr qoymalısan. Öz imicini hər yerdə qorumalısan.
 
- Futboluna görə Azərbaycanı MDB-də Rusiya və Ukraynadan sonra üçüncü hesab edirlər. Ancaq klublarımızın nəticələri heç də bunu demir...
- Pul heç də hər şeyi həll etmir. Əgər belə olsaydı, onda ərəblər bütün dünya çempionatlarında qələbə qazanardılar. Burda həm də güclü mütəxəssislərə ehtiyac var. Amma biz buna o qədər də önəm vermirik.
 
- Futbolun inkişafının əsas göstəricisi yığma yoxsa klub komandalarının nəticələridi?
- Yığma komanda Azərbaycan futbolunun sifətidi. Bu komandanın oyununa baxıb, qiymət verirlər. Ancaq son illərdə klublarımızın avrokuboklardakı çıxışı heç də axırıncı pillələrdə getmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.