1 mart 2011 00:37
Yığmamız Rusiya ilə oyun üçün İspaniyaya gedir
Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının Rusiya ilə oynayacağı yoldaşlıq görüşünün vaxtı və yeri müəyyənləşib. Azerisport.az Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, sözügedən ölkənin yığması martın 26-da Belarus, martın 29-da isə Azərbaycan millisi ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.
Rusiya yığması martın 23-də Moskvadan Malaqaya, oradan isə Marbelyeyə yollanacaq. Hər 2 yoldaşlıq görüşü də məhz Marbelyedə baş tutacaq. Rusiya millisinin baş məşqçisi Nikolay Pisarev Belarus və Azərbaycanla oyunlarda iştirak edəcək futbolçuların siyahısını martın 8-dən sonra açıqlayacaq.
Azərbaycan - Rusiya oyunu martın 29-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
