2 mart 2011 12:57
AZAL FİFA sertifikatını təqdim edir
AZAL Şüvəlan qəsəbəsində tikilən stadionun süni örtüklü meydançasının FİFA tərəfindən qəbul edilməsiylə bağlı təqdimat mərasimi keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, beynəlxalq futbol qurumunun iki ulduzlu sertifikatı ilə təltif edilən “təyyarəçilər” sabah saat 12:00-da jurnalistlər üçün mətbuat konfransı da təşkil edəcək.
Xatırladaq ki, yanvarın 26-da Sürixdən gələn mütəxəssislər meydançaya texniki baxış keçirmişdi. Onların rəyinə əsasən Hollandiyanın "EDEL GRASS" şirkəti tərəfindən döşənliən öt örtüyü bütün tələblərə cavab verir.
