2 mart 2011 13:52

Vaqif Qasımov: Mənə mövsümün əvvəlindəki AZAL lazımdı

AZAL-ın prezidenti Vaqif Qasımov azerisport.az saytına müsahibəsində “Bakı” ilə son oyun, qarşıdakı “Turan”la kubok görüşü və hakimlərin idarəçiliyindən danışıb.
 
- Komandanızın “Bakı” ilə oyunundan razı qaldınız?
- Mən oyundan da, nəticədən də narazıyam. Çox zəif oynadıq. AZAL-ın qarşısına həmin oyunda qələbə qazanmaq vəzifəsi qoyulmuşdu. Amma biz bunu edə bilmədik və nəticədə iki vacib xal itirdik. Məşqçilər korpusu artıq həmin görüşü analiz edib və bilirlər ki, komanda harda səhvlərə yol verib. Fikrimcə, komandamız “Turan”la kubok matçına tam fərqli əhval-ruhiyyədə çıxacaq.
 
- Deməli, siz AZAL-ın futbolçularının öz imkanlarından aşağı səviyyədə çıxış etdiyini təsdiqləyirsiz?
- Səhvlər haqda məşqçilər daha yaxşı bilir. Başlıcası AZAL-ın ilk altılığa düşməsi və medallar uğrunda mübarizə aparmaq şansı qazanmasıydı ki, buna da nail olduq. Qeyd etmək istəyirəm ki, mən həmçinin “Bakı” ilə oyundakı hakimlikdən də narazı qaldım. Referi sarı vərəqələri səbəbsiz yerə göstərirdi. Təkrarda da görmək olurdu ki, epizodların birində komandamız qətiyyən sarı vərəqəyə layiq deyildi. Məhz buna görə PFL-ə məktub da ünvanlamışıq ki, həmin epizoda baxsınlar.
 
- Fevralda AZAL 3 oyun keçirsə də, heç birində qələbə qazana bilmədi...
- Bu, çox pisdi. “Xəzər Lənkəran”la oyuna normal baxıram. Amma nəticəyə yox. Hakim həmin oyunda da nəticəyə təsir göstərən səhvə yol verdi. Bunu hamı gördü. Bizdə olan informasiyaya görə, həmin görüşün hakimi hətta cəzalandırılıbmış, ancaq bu haqda danışmırlar. Hətta verdiyi sarı vərəqə ləğv olundu. “Gəncə” ilə oyunda isə öz günahlarımız ucbatından qələbə qazana bilmədik. Həmin oyunda biz mütləq qələbə qazanmalıydıq. Ancaq komanda elə bil arxayınlaşmışdı. Rəqibin də oyununu qeyd etmək istərdim. Onlar sona kimi döyüşdülər.
 
- AZAL belə oyunla nəyə ümid edir?
- “Altılıq”da hər şey başqa cür olacaq. Hamı bilir ki, AZAL-a heç kim xal verməyəcək. Biz toparlanmalı və öz gücümüzü göstərməliyik. Son üç oyunu da unutmaq lazımdı. Komanda əvvəlki səviyyəsini bərpa etməlidi. Mənə mövsümün əvvəlindəki AZAL lazımdı. İnanıram ki, qara zolaq başa çatacaq. Komanda üçün hər cür şərait yaradılıb.
 
- Sizə elə gəlmir ki, qışda alınan futbolçular ümidləri doğrultmur?
- Mən bu 3 oyuna əsasən futbolçulara qiymət vermək istəmirəm. Gəlin mövsümün sonunu gözləyək. Qarşıda hələ kubok oyunu da var. Legionerlərə mövsümün sonunda qiymət verəcəyik.
 
- Yeri gəlmişkən, “Turan”la oyundan nə gözləyirsiz?
- Rəqib güclü komandadı, hansı ki, sona kimi mübarizə aparmağı bacarır. Sizin yadınızdadı da, onlar “Qarabağ”a qarşı necə oynamışdılar. Statistikaya baxanda da bu komandayla oyunlarımızın nə qədər çətin gördüyünü görmək olar. “Turan” kubok komandasıdı. Ağdamlılara qarşı çox ağıllı oynamışdılar. Ona görə də səhvə yol verməməliyik. AZAL hər iki cəbhədə mübarizəsini davam etdirməlidi. Çox şey isə məhz “Şəfa”dakı ilk oyundan asılı olacaq. Biz rəqibə hörmət edirik, ancaq gizlətmək istəmirik ki, taleyimizi ilk oyunda həll etmək istəyirik. Tovuzda oynamaq çox çətindi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.