3 mart 2011 01:25
Raul Bayern`i finala çıxmağa qoymadı (YENİLƏNİB)
Almaniya kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə “Duisburg” doğma meydanda “Energie” ilə qarşılaşıb.
Daha güclü çıxan meydan sahibləri rəqibi üzərində minimal üstünlüklə qələbə qazanaraq, ilk finalçı olub. Onların həlledici oyundakı rəqibi isə bu gün keçiriləcək digər yarımfinal görüşündə dəqiqləşəcək.
Digər yarımfinal cütündəki komandalar isə münasibətlərinə ikinci oyun günündə aydınlıq gətiriblər. Rəqibinin ciddi müqaviməti ilə üzləşən Münhen klubu nə qədər çalışsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib.
Beləliklə, Almaniya kubokunun finalında "Duisburg"la "Schalke" qarşılaşacaq.
Almaniya kuboku
Yarımfinal (ilk oyunlar)
1 mart
Duisburg - Energie – 2:1
Qollar: Mayerhofer, 24, Baljak, 54 -Petersen, 78-pen.
2 mart
Bayern - Schalke - 0:1
Qol: Raul, 18.
