2 mart 2011 15:27
Leekens yığmamızla oyun ərəfəsində itkilərdən gileyləndi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqiblərindən olan Belçika yığma komandasının baş məşqçisi Jorj Leekens aparıcı futbolçularının zədəli olmasına münasibətini bildirib. Azerisport.az xəbər verir ki, Belçika mətbuatına müsahibəsində o, bildirib ki, komandasındakı başlıca itki yalnız Maruan Fellaini ilə bağlıdı:
“O, bizim komanda üçün çox vacib bəndlərdəndi. Maruan Avstriya ilə oyunda hücum və müdafiəsə əsas fiqurlarından idi”.
Qeyd edək ki, Fellaini ilə yanaşı, belçikalı mütəxəssis Tomas Vermalen və Nikolas Lombertsin də xidmətindən yararlana bilməyəcək. O, həmçinin Daniel Van Buytenin Münhen “Bayern”ində nadir hallarda forma geyməsinə də münasibət bildirib və onun oyun təcrübəsizliyindən əziyyət çəkməsini mənfi hal kimi dəyərləndirib.
Qeyd edək ki, Azərbaycan millisinin bu rəqibi ilə görüşü bu ayın 29-da səfərdə baş tutacaq.
