2 mart 2011 15:36
Millimizin sabiq fovardı Braziliya çempionatında
Futbol üzrə Azərbaycan yığma komandasının sabiq hücumçusu Leandro Qomeş bundan sonra karyerasını Braziliyanın B Seriyasında davam etdirəcək. Azerisport.az xəbər verir ki, millimizin keçmiş üzvü “Sampayo Korrea” klubuyla anlaşıb.
Liqada qalmaq uğrunda mübarizə aparan klub rəhbərliyi Qomeşi komandanın yarımmüdafiə xəttini gücləndirməsi üçün dəvət edib. Xatırladaq ki, Leandro Azərbaycanda “Bakı” və “Karvan” klublarında forma geyib.
