2 mart 2011 16:27
Yunis Hüseynov da xaricə gedir
Vaxtilə “Karvan” və “Standard” kimi klublarda baş məşqçilik etmiş Yunis Hüseynov “Gəncə”ni çalışdıracağına dair yayılan xəbərlərə münasibətini bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Mənim Gəncə İH rəhbəri ilə yaxşı münasibətlərim var. Lakin bu, o demək deyil ki, mən orda işləməli olacam. Hazırda mənə Azərbaycandan dəvət yoxdu. Ölkə kənarından təkliflər var. Mümkündü ki, karyeramı məhz xaricdə davam etdirim”.
