2 mart 2011 16:36

AFFA-nın büdcəsini Fariz Yusifov doldurur

Azerisport.az Premyer Liqanın “altılığ”a qədərki təsnifat mərhələsiylə bağlı statistik araşdırmalarını davam etdirir. Bundan əvvəlki araşdırma yazımızda sizi AFFA-ya daha çox cərimə ödəmək məcburiyyətində qalan klublarla tanış etmişdik. Bu dəfə isə, klubları həmin cərimələrlə baş-başa qoyan hakimlərin bu yoldakı “fəaliyyətindən” söz açacağıq.
 
Xəbər verdiyimiz kimi, geridə qalan 22 tur ərzində elita təmsilçiləri AFFA-nın büdcəsinə bütövlükdə 110600 manat cərimə ödəyiblər. Bunun 55 600-ü futbolçuların aldığı sarı və qırmızı vərəqələrə görə ödənilibsə, yerdə qalan 55 mini də digər müxtəlif qayda pozuntularına görə tutulub.
 
Yuxarıda sadalanan cərimələrin əsas səbəbkarlarına gəlincə, 22 tur ərzində baş tutan 132 oyunu bütövlükdə 14 baş hakimin idarə etməsindən də xəbərdarsız. Onların arasında cəmi 1 oyun idarə edən Əmrah İbrahimov AFFA-nın büdcəsinə heç bir gəlir gətirə bilməyib ki, bu da hardasa başadüşüləndi. Lakin onunla yanaşı Rauf Cabbarov da təyinat aldığı 7 görüşdə heç bir klubu sərt cəzalara qonaq etməyib ki, bu bir qədər təəccüblü görünür.
 
Məsələ burasındadı ki, Cabbarovdan da 1 oyun az idarə edən Elvin Əsgərov Premyer Liqa klublarını cərimə ödəməyə məcbur edən hakimlərin sıralamasında 4-cü yerdə gedir. Maraqlıdı ki, o, 22 tur ərzində özündən də çox təyinat almış bir neçə hakimdən daha çox AFFA-ya xeyir verməyi bacarıb.
 
Federasiyaya ən çox xeyir verən hakimlərə gəlincə, bu siyahıya FİFA referisi Fariz Yusofov başçılıq edir. Onunla yanaşı digər FİFA referimiz Vüsal Əliyev də ön sıralarda qərarlaşıb. Klubları 28600 manat cərimə ödəməyə məcbur edən Yusifovdan azca geri qalan Əliyev isə quruma 24600 manat xeyir gətirib. Lakin maraqlıdı ki, onlardan da çox (17) oyun idarə edən Elçin Məmmədov bu mənada AFFA-ya elə də çox fayda verə bilməyib. 

 

Hakim (oyun)
Vərəqələrə görə
Digər səbəblərə görə
Cəmi
Fariz Yusifov (15)
12600
16000
28600
Vüsal Əliyev (15)
9600
15000
24600
Elçin Məmmədov (17)
7200
6000
13200
Elvin Əsgərov (6)
9200
2000
11200
Rövşən Əhmədov (13)
4000
5000
9000
Anar Salmanov (10)
4000
4000
8000
Ramil Diniyev (10)
2200
5000
7200
Elnur Muradov (10)
3000
-
3000
Rəhim Həsənov (5)
2200
-
2200
Ceyhun Haşımov (11)
-
2000
2000
Əfqan Həmzəyev (10)
1400
-
1400
Əliyar Ağayev (2)
200
-
200
Rauf Cabbarov (7)
-
-
-
Əmrah İbrahimov (1)
-
-
-
CƏMİ
55600
55000
110600
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.