2 mart 2011 18:21
Naci Şensoy: Hələ şanslarımız qalır
“Turan”ın baş məşqçisi Naci Şensoy bu gün keçirilən Azərbaycan kubokunun AZAL ilə 1/4 final mərhələsinin ilk oyunundan sonra fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı Bakıda 2 cavabsız qolla məğlub olmalarını belə izah edib:
“Rəqib bizi çətinliklə məğlub etdi. Baxmayaraq ki, onlar bizdən güclüdü. Tovuzda bəziləri hesab edir ki, ötən mərhələdə “Qarabağ” üzərindəki qələbə “Turan”ın gücünün göstəricisidi. Ancaq əslində ağdamlılar öz səhvləri ucbatından məğlub oldular. Bu gün isə biz həvəskar oyun göstərdik və məğlub olduq. Ancaq şanslarımız hələ qalır. Oynamalı olacağıq”.
