2 mart 2011 18:36
Nazim Süleymanov: Hələ yarımfinala çıxmamışıq
AZAL-ın baş məşqçisi Nazim Süleymanov bu gün keçirilən Azərbaycan kubokunun “Turan” ilə 1/4 final mərhələsinin ilk oyunundan sonra fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı Bakıda 2 cavabsız qolla qalib gəldikləri görüşü belə dəyərləndirib:
“Bizim hardasa bəxtimiz də gətirdi ki, “Turan” ilk hissədə bizə qol vura bilmədi. Əgər onlar həmin epizodda fərqlənə bilsəydilər, hər şey tam fərqli də ola bilərdi. Qarşıda bizi cavab oyunu gözləyir. Biz hələ yarımfinala çıxmamışıq”.
