2 mart 2011 11:28
Yığmamız Danimarka klubuna yenildi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi əvvəlcədən xəbər verildiyi kimi Danimarkanın HFK “Haderslev” klubunun U-17 deyil, U-19 komandası olub.
Qarşılaşma 2:0 hesabı ilə Danimarka təmsilçisinin xeyrinə başa çatıb.
