2 mart 2011 17:49

AZAL Turan üzərində inamlı qələbəylə başladı (YENİLƏNİB)

Bu gün Azərbaycan kubokunda 85 günlük fasilə başa çatıb. Azerisport.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk oyun günündə cəmi qarşılaşma baş tutub.
 
Digər 1/4 final cütlərindən fərqli AZAL ilə “Turan” münasibətlərinə məhz bu gün aydınlıq gətiriblər. Maraq üçün bir məqamı xatırladaq ki, Premyer Liqanın cari mövsümündə bu komandaların duellərində sevinən tərəf AZAL olmuşdu: evdə 1:0, səfərdə 3:1. Elə kubok mücadiləsində də gözlənildiyi kimi, Nazim Süleymanovun komandası iki cavabsız qolla qalib gələrək, cavab görüşü öncəsi üstünlük əldə ediblər.
 
Azərbaycan kuboku
1/4 final (ilk oyun)
2 mart
 
AZAL – TURAN - 2:0 (2:0)
Qollar: Qvidas Yuşka, 41 (1:0), Nuqzar Kvirtiya, 44 (2:0).
Hakimlər: Ramil Diniyev, Coşqun Həsənov, Munis Abdullayev, Rauf Cabbarov.
Bakı. "Şəfa" stadionu.
 
Oyun başladı
AZAL oyunun ilk dəqiqələrindən daa fəaldı
AZAL-da Qvidas Yuşkanın cərimə zərbəsi təhlükəli olsa da, qolla nəticələnmir
Bliznyukun (A) zərbəsi də təhlükəli olmasına rəğmən, qol gətirmir
Görüşün baş hakimi artıq iki dəfə futbolçuları cəzalandırmaq məcburiyyətində qalsa da, qol yoxdu
Yasin Abbasov "Turan"ı hesabda öndə keçirməyə yaxın olsa da, inanılmaz şəkildə yaxın məsafədən fərqlənə bilmir
Əvəzində AZAL hesabı açır. Yuşka meydan sahiblərini hesabda önə keçirir - 1:0
"Turan" özünə gəlməmiş "təyyarəçilər" Kvirtiyanın sayəsində ikinci qola sevinir - 2:0
İlk yarı başa çatdı
İkinci hissə başladı
"Turan" ikinci hissəyə nisbətən fəal başlayıb
Qonaqlar AZAL-ın qapısı qarşısında ciddi təhlükə yaratsa da, bunu qola çevirə bilmirlər
İkinci hissə başlayan bəri qonaq komandanın azarkeşləri hakimin idarəçiliyindən narazılıqlarını bildirirlər
Matç kifayət qədər sərt mübarizə şəraitində keçir
"Turan" müdafiəyə çəkilən AZAL-ın qapısı önündə iki təhlükəli qol vəziyyəti yaratsa da, yararlana bilmir
Matç başa çatdı
 
Qeyd edək ki, 1/4 finalın digər cütündə aşağıdakı komandalar qarşılaşır ki, bu oyunlar da sabah keçiriləcək: Abşeron – İnter, Qəbələ - Bakı, Neftçi - Xəzər Lənkəran.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.