2 mart 2011 12:39

AFFA-ya ən çox cərimə ödəyən klublar müəyyənləşdi

Azerisport.az Premyer Liqanın təsnifat mərhələsinin nəticələri, baş verən olaylarla bağlı statistik araşdırmalarını davam etdirir. Bu dəfə AFFA-nın büdcəsinə daha çox pul qazandıran, hamıdan artıq cərimə olunan klublardan söhbət açacağıq.
 
Geridə qalan 22 tur ərzində elita təmsilçiləri AFFA-nın büdcəsinə bütövlükdə 110600 manat cərimə ödəyiblər. Bunun 55600-ü futbolçuların aldığı sarı və qırmızı vərəqələrə görə ödənilibsə, yerdə qalan 55 mini digər müxtəlif qayda, qanun pozuntularına görə tutulub.
 
Asossiasiyanın büdcəsinə ən çox xeyir verən klub isə “Xəzər Lənkəran”dı. Belə ki, aşağıdakı cədvəldən də göründüyü kimi, bölgə təmsilçisi elita klubları arasında daha çox (38 min manat) ziyana düşüb. Bunun da böyük hissəsi futbolçuların aldığı vərəqələrə görə yox, komandanın ev oyunları zamanı stadionda baş verən müxtəlif tipli qanun pozuntularına, klub rəsmilərinin qaydalara əməl etməməsinə görə ödənilib.
 
Bu mənada “Xəzər Lənkəran” hətta ən yaxın izləyicisi olan “Bakı”dan belə ikiqat artıqlamasıyla fərqlənir. Cəmi 12 800 manat cərimə ödəyən paytax klubunun bu vəziyyətini hardasa başa düşmək olar. Axı cari mövsüm bu komandanın işləri heç də yaxşı getmir. Özü də maraqlıdı ki, həmin cərimələr də daha çox bu paytaxt klubunun üzvlərinin aldığı vərəqələrdən qaynaqlanır. Halbuki, lider “Neftçi”nin təqibçisi olan “Xəzər Lənkəran”ın belə bu baxımdan göstəricisi “Bakı”nınkından aşağıdı (8000 – 11 800).
 
Cari mövsüm sərgilədiyi oyun və qazandığı nəticələrlə heç də pis təsir bağışlamayan AZAL və “Qarabağ” isə AFFA-ya cərimə ödəmək baxımından da ən aşağı göstəriciyə malik olmasıyla diqqət çəkir. Maraqlıdı ki, “təyyarəçilər” 22 tur ərzində cəmi 1200 manat ziyana düşdüyü halda, Ağdam təmsilçisi cəmi bir dəfə cərimə ödəmək məcburiyyətində qalıb ki, onun da məbləği 1000 manat olub.
 
Sonda onu da qeyd edək ki, XL digər səbəblərə görə daha çox cərimə ödəyən klub olduğu halda, onun əsas izləyicisi “Bakı” da vərəqələrə görə ən çox ziyana düşən elita təmsilçisidi. Hansı ki, bu aqibəti bütün klublar yaşayıb. MOİK, “Qəbələ”, “Muğan”, “Simurq”, “Qarabağ” və AZAL isə heç vaxt kənar amillərə görə AFFA-ya cərimə ödəməyib.
 
Klubların AFFA-ya ödədikləri cərimələr
 
Komanda
Vərəqələrə görə
Digər səbəblərə görə
CƏMİ
Xəzər Lənkəran
8000
30000
38000
Bakı
11800
1000
12800
Neftçi
3000
8000
11000
MOİK
9400
-
9400
Qəbələ
9000
-
9000
Turan
1200
7000
8200
Gəncə
3400
4000
7400
İnter
2000
5000
7000
Muğan
3400
-
3400
Simurq
2200
-
2200
AZAL
1200
-
1200
Qarabağ
1000
-
1000
CƏMİ
55600
55000
110600
 
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.