3 mart 2011 13:01
“Bizə Azərbaycanda çalışmaq daha xoşdu, nəinki Mərkəzi Avropa ölkələrində”
AZAL-ın Şüvəlandakı stadionunun hazırlanmasında iştirak edən “Dynamic Resources”un rəhbəri Dmitri Bratanov bu gün təşkil olunan təqdimat mərasimində bildirib ki, onlara Azərbaycanda çalışmaq daha xoşdu, nəinki Mərkəzi Avropa ölkələrində. Azerisport.az xəbər verir ki, o, tədbirdə bunları dilə gətirib:
“Bizim kompaniya Tofiq Bəhramov adına Respublika, “Şəfa” stadionlarının da qazonunun təmirində, düzəldilməsində iştirak edib. Zaqataladakı örtüyün salınmasında iştirak etmişik. AZAL-ın və “Dalga” stadionunun qazonu FİFA tərəfindən çox yüksək qiymətləndirildi. Hansı ki, Avropada ondan cəmi 5 dənə var. Bizə burda çalışmaq həddən artıq xoşdu, nəinki Mərkəzi Avropa ölkələrində. Ölkə prezidenti İlham Əliyevin dediyi Bakıdakı Olimpiya stadionu ən möhtəşəm layihə olmalıdı. Ümumiyyətlə, bir şeyi demək istərdim ki, ölkəniz hazırda aparıcı futbol infrastrukturlarına görə Avropada birinci yerdə gedir”.
