4 mart 2011 00:01
Türkiyə kubokunda yarımfinalçılar müəyyənləşdi (YENİLƏNİB)
Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Bucaspor” doğma meydanda “Genclerbirligi” ilə münasibətlərinə aydınlıq gətirib. İlk oyunda məğlub olan bucalılar cavab görüşündə də yenilərək, kubokla vidalaşıblar. “Galatasaray” isə ilk oyunda dramatik şəkildə uduzduğu “Gaziantepspor”la görüşüb. Lakin cari mövsümün ən uğursuz komandası hesab olunan “sarı-qırmızılar” kubokdakı mübarizəsini də dayandırmaq məcburiyyətində qalıb.
İkinci oyun günündəki qarşılaşmalardan daha maraqlısı "Kasımpaşa" ilə "İstanbul BB" arasında baş tutub. İlk oyunda qolsuz heç-heçəyə razılaşan tərəflər bu dəfə də ilk 90 dəqiqədə fərqlənə bilməyib. Yalnız əlavə vaxtda hərəyə bir qol vurulub ki, bu da daha çox İstanbul klubunun işinə yarayıb. İlk oyunda rəqibini 5 cavabsız qolla məğlub edən "Beşiktaş" isə səfərdə də oxşar qələbə qazanmaqla, yarımfinala çıxıb.
Türkiyə kuboku
1/4 final (cavab oyunları)
2 mart
Bucaspor – Genclerbirligi – 1:2 (ilk oyun, 0:2)
Galatasaray – Gaziantepspor – 0:0 (2:3)
3 mart
Kasımpaşa - İstanbul BB - 1:1 (0:0)
Gaziantep BB – Beşiktaş - 0:3 (0:5)
