3 mart 2011 13:27
Ali Şən: Azərbaycanı məğlub edə bilməyən Türkiyəyə keçmiş olsun
Türkiyənin “Fenerbahçe” klubunun sabiq prezidentlərindən olan Ali Şən Türkiyə yığmasının son dövrlərdəki çıxışına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Türkiyə mətbuatına açıqlamasında “ay-ulduzlular”ın millimizə yenilgisinə də toxunub:
“Keçmiş olsun. Azərbaycanı və zəif komandaları məğlub edə bilməyən Qus Hiddink heç Türkiyəyə gəlmir. Məni onu bəyənirəm. Üstəlik, istəyirəm ki, Türkiyəni zirvələrə çıxarsın. Amma bir zəhmət çəkib, bura da gəlsin. Niyə hər həftə gəlməməlidi? Bəziləri üç həftədə bir deyir. Gəlib burda oturmalıdı, çünki işi burdadı. Mən bir şirkət rəhbəri olaraq müavinimə pul verirəm, amma o Hollandiyada oturur. Belə bir şey ola bilərmi? Bura Türkiyədi, dünya üçüncüsü olmuş bir ölkədə çalışır. Belə qeyri-ciddiliyi Hiddinkə yaraşdırmıram. Ailəsini də götürüb bura gəlməlidi”.
