3 mart 2011 01:33
Bakı Qəbələ`yə 4 itkiylə getdi
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk qarşılaşmasında “Qəbələ”nin qonağı olacaq “Bakı” dünən Qəbələyə yola düşüb. Azerisport.az xəbər verir ki, zədəsi tam sağalmayan futbolçular Stefan Borbikoni, Vaqif Cavadov, Ernad Skuliç, Aleksandar Soliç isə bu səfərdən kənarda qalıblar.
"Qafqaz Resort" otelində məskunlaşan "Bakı" artıq dünən oyunun keçiriləcəyi şəhər stadionunda məşqə də çıxıb.
