3 mart 2011 13:46

Saşa Yunisoğlu: Hakimlər mane olmasalar, nəticə bizim xeyrimizə olacaq

“Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlu azerisport.az saytına müsahibəsində bu gün keçiriləcək “Bakı” ilə kubok oyunu öncəsi fikirlərini açıqlayıb.
 
- “Bakı” ilə kubok oyununa revanş gözüylə baxmırsız?
- Paytaxt klubunun bizi ilk altılıqdan kənar qoymasını nəzərdə tutursuz? Mən belə deməzdim. Bu, tam başqa turnirdi. Burdakı vəzifə də fərqlidi. Biz irəli getmək istəyirik.
 
- “Qəbələ” kubok matçına mövsümü xilas etmək baxımından son şans kimi baxır?
- Prinsipcə, elədi. Kubokda istəyimizə çata bilsək, avrokuboklara da vəsiqə qazanmış olarıq ki, belədə də mövsümü də boşa vermiş sayılmarıq. Ancaq mövsümün əvvəlindən qarşımıza hansısa belə bir vəzifə qoyulmayıb.
 
- Yeri gəlmişkən, Toni Adams da bunu tez-tez dilə gətirir ki, qarşınıza heç bir vəzifə qoyulmayıb. Düşünmürsüz ki, məhz bu, komandanı çox arxayınlaşdırır?
- Bunu deyirsə, deməli daha yaxşı bilir. Mən düşünmürəm ki, bu, bizi arxayınlaşdırır. Bizim idman maraqlarımız hər şeydən üstündü. Əgər birinci altılıq yox, yeddilik olsaydı, onda hər şey tam fərqli olardı. “Qəbələ” AZAL və “Bakı”dan zəif deyil. Liderlərlə də bərabər oyun sərgiləyə bildik. Bizi arxayınlaşdıran əsas məqam o oldu ki, daha çox rəqiblərin xalını düşündük, öz xallarımızı yox. Nəticədə biz özümüzküləri itirdik, rəqiblərimiz isə yox.
 
- Siz bakılılara bu mövsüm iki dəfə yenilmisiz. Bu dəfəki görüşdən nə gözləyirsiz?
- Əgər bu iki oyuna diqqət yetirsək, görərik ki, həmin matçlarda rəqibimizdən daha çox hakimlərin xidməti olub. Əgər hakimlər mane olmasalar, nəticə bizim xeyrimizə olacaq.
 
- Azərbaycan yığmasının demək olar ki, bütün üzvləri ilk altılıqdadı, siz isə ikinci altılıqda mübarizə aparmalı olacaqsız...
- “Turan”dan Vurğun Hüseynov da həlledici mərhələdən kənarda qalmış oldu. Nə etmək olar? Mənim komandam “Qəbələ”di: o hara, mən də ora. Amma təbii ki, ölkənin aparıcı klublarına qarşı mübarizədən kənarda qalmaq heç də xoş deyil.
 
- Bu fakt sizin yığma karyeranıza təsir göstərməyəcək?
- Bunu indidən demək olmaz. Başlıcası odu ki, mən komandamın əsas heyət oyunçularındanam. Berti Foqts da daha çox buna diqqət yetirir. Ehtiyatda otursaydim, onda daha pis olardı.
 
- İkinci altılıqdakı əsas məqsədiniz nədən ibarətdi?
- Artıq ikinci altılıq oyunlarına növbəti mövsümə hazırlığın birinci mərhələsi kimi baxırıq. Hansı ki, gələcək mövsüm məqsədlərimiz, vəzifələrimiz daha böyük olacaq. Yəqin ki, məşqçilər korpusu yeni futbolçulara da şans verməyə çalışacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.