3 mart 2011 13:52
Mahir Şükürovu Bakıya buraxmadılar
Rusiya Premyer Liqasında mübarizə aparan “Anji” klubunun məşqçilər korpusu Azərbaycan milli komandasının aparıcı futbolçularından olan Mahir Şükürovu Bakıya buraxmayıb. Azerisport.az xəbər verir ki, Rusiya kubokunun “Zenit”lə oyunundan sonra 2 günlük istirahət üçün vətənə qayıtmağa hazırlaşsa da, ona klubun düşərgəsini tərk etməyə icazə verilməyib.
Qeyd edək ki, Mahaçqala klubunun məşqçilər korpusunda Vaqif Sadıqov da çalışır. Emin Ağayev isə klubun seleksiyaçı məşqçilərindəndi.
