3 mart 2011 01:48

“Neftçi nə qədər güclü olsa da, biz ona heç nədə uduzmuruq”

“Xəzər Lənkəran”ın müdafiəçisi Simao Bruno ölkə kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Qarşıdakı oyundan nə gözləyirsiz?
- Komandada yeni olmağımıza baxmayaraq, artıq başa düşürük ki, “Neftçi” ilə oyun bizim region üçün nə qədər əhəmiyyətlidi. Çalışacağıq ki, rəqibi məğlub edək və cütün taleyini Bakıda həll edək. Məsələni cavab görüşünə saxlamaq istəmirik.
 
- Çempionatda bu rəqibə qalib gələ bilmədiz...
- Biz rəqibə hörmətlə yanaşırıq. Ancaq həmin oyunda rəqib komandanın qapısı qarşısında çoxlu qol vəziyyətləri yaratdıq. Hesab edirəm ki, həmin oyunda sadəcə bəxtimiz gətirmədi.
 
- Qısa müddət ərzində artıq ikinci Böyük oyunda iştirak edəcəksiz. “Neftçi”ni necə xarakterizə edə bilərsiz?
- Bu komandada çoxlu yaxşı futbolçular cəmləşib. Mən onların heyətində Flavinyonu və hücumçularını qeyd etmək istərdim. Ancaq “Neftçi” nə qədər güclü olsa da, biz ona heç nədə uduzmuruq.
 
- Kubokdakı ambisiyalarınız çempionatdakı hədəflərinizə təsir etməyəcək?
- Yenilərə artıq başa salınıb ki, klubun fəlsəfəsi hər oyunda qələbə qazanmaqdı. Ümumiyyətlə, harda və kimə qarşı oynamağımız o qədər də vacib deyil. Ona görə də kubok və çempionat oyunlarımız bir-birinə mane olmayacaq.
 
- Siz “Xəzər Lənkəran”ın ritminə tez alışdınız, hər oyunda iştirak edirsiz...
- Üzərimdə çox işləyirəm. Hər futbolçu oynamaq istəyir, ehtiyatda qalmağı xoşlamır. Çox fəxr edirəm ki, komandaya iki oyunda qələbə qazanmasında kömək edə bildim. Eyni zamanda təəssüflənirəm ki, “Neftçi”yə qalib gələ bilmədik. Mən bura vaxt keçirməyə gəlməmişəm. Komandaya kömək etmək istəyirəm.
 
- Yeni ölkədə əsas məqsədləriniz nədi?
- Klubla kubok və çempionluğu qazanmaq.
 
- Komandadakı atmosfer necədi?
- Bizdəki atmosfer çox əladı. Məşqçimiz həmişə deyir ki, biz bir ailəyik və həmişə eyni məqsəd uğrunda mübarizə aparmalıyıq. Futbolçularla münasibətlərə gəlincə, bizdə fikirayrılığı yoxdu, heç-heç digərinə pis münasibət göstərmir. Xüsusilə onu qeyd etmək istərdim ki, yerli futbolçuların səviyyəsi məni çox təəccübləndirdi.
 
- Siz komandanın heyətində yeganə portuqaliyalısız. Çətin deyil?
- Mənim ünsiyyətlə bağlı ciddi problemim yoxdu. Çünki bir neçə dil bilirəm: ingilis, fransız, rumın, ispan. Ancaq istənilən halda portuqal dilində danışmaqçün darıxıram. Ailəm üçün də çox darıxıram. Həm də Lənkəranda ilk portuqaliyalı olduğumdan, özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm. Kim bilir, bəlkə məndən sonra həmyerlilərimin “Xəzər Lənkəran”a yolu açılacaq.
 
- Siz bura Rumıniyadan gəlmisiz. Lənkərandakı ev oyunlarınızla ordakını müqayisə edə bilərsiz?
- Rumıniyalı fanatların ünvanına hansısa irad söyləyə bilmərəm. Onlar həqiqətən stadionda gözəl atmosfer yaradırlar. Ancaq “Xəzər Lənkəran” azarkeşlərini xüsusi qeyd etmək istərdim. Onların Azərbaycanda tayı-bərabəri yoxdu. AZAL ilə oyunda onlar bunu bizə hiss etdirdilər. Fanatlarımız bizə güc verir. Biz hər şeyi etməliyik ki, azarkeşlərimizi sevindirək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.