3 mart 2011 15:23
Azərbaycanda çempion, Rusiyada klub prezidenti oldu
“Kəpəz”in sabiq oyunçusu Murat Qomleşko Rusiyanın Armavir şəhərini təmsil edən “Torpedo” klubunun prezidenti seçilib. Azerisport.az xəbər verir ki, o, “Kuban” (Krasnodar) rəhbərliyinin tövsiyyəsi ilə “Torpedo”nun prezidenti olub.
Çünki Armavir klubu "Kuban"ın struktur bölməsidi. “Torpedo” Rusiya çempionatının ikinci divizionunda çızış edir.
Qeyd edək ki, Qomleşko 1997-1998-ci illərdə “Kəpəz”in heyətində çıxış edib. O, Gəncə klubu ilə Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. Murat Qomleşko "Kəpəz"lə 9 oyun keçirib və 4 qola imza atıb.
