3 mart 2011 15:43
Ağasəlim Mircavadov: Neftçi`yə qələbə daha çox lazımdı, nəinki XL-a
Təcrübəli futbol mütəxəssislərimizdən olan Ağasəlim Mircavadov vaxtilə çalışdırdığı iki aparıcı klubumuzun – “Neftçi” ilə “Xəzər Lənkəran”ın bu günkü kubok oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Hər iki komandanın kifayət qədər yaxşı legionerləri var və onlar öz sözlərini bu oyunda deməlidilər. Matçın taleyini daha çox hücum edən komanda həll edəcək. Heç-heçə “Neftçi” üçün elə də sərfəli deyil. Ona görə də meydan sahibləri qələbə qazanmaq üçün onlar hər şeyi etməlidilər. Onlara bu oyunda qələbə daha çox lazımdı, nəinki qonaqlara. Baxmayaraq ki, “Xəzər Lənkəran”da səfərdən qələbəylə dönmək istəyir. Odu ki, bizi çox maraqlı və gözəl oyun gözləyir”
