3 mart 2011 17:57
Qolsuz oyundan Starkov narazı, Adams razı qaldı
Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qəbələ" - "Bakı" oyununda qalib müəyyənləşmədi. Azerisport.az xəbər verir ki, maraqlı idman mübarizəsində keçən qarşılaşma qolsuz heç-heçə ilə başa çatdı - 0:0. Qarşılaşmadan sonra komandaların çalışdırıcıları matçla bağlı bunları dilə gətirib:
Aleksandr Starkov, "Bakı"nın baş məşqçisi: "Kubok iki oyundan ibarətdi. Bugünkü oyunda yaxşı oynamadıq, rəqibimizin daha çox qol imkanı oldu. Qalib cavab oyununda müəyyən olunacaq".
Toni Adams, "Qəbələ"nin baş məşqçisi: "Komandam yaxşı oynadı, gözəl oyun göstərdik. Bir neçə qol imkanı yaratsaq da, bunlardan istifadə edə bilmədik. Qələbə qazana bilərdik. "Bakı" əvvəlkindən daha yaxşı oynayır. Artıq cavab oyununu fikirləşəcəyik. "Bakı"nın baş məşqçisinə Azərbaycanda uğurlar arzulayıram".
