3 mart 2011 18:09
AFFA-da bir gündə iki vacib tədbir
Sabah – martın 4-də, saat 10:30-da, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Müxtəlif yaş qruplarından ibarət yığma komandaların məşqçilərinin təsdiqi
2. Digər məsələlər
Qeyd edək ki, sabah saat 11:30-da həm də AFFA-nın inzibati binasında AFFA-nın növbəti Konfransı keçiriləcək. AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
