3 mart 2011 20:28
Hər şeyə Lənkəranda aydınlıq gələcək!
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Bakıda keçirilən “Neftçi” – “Xəzər Lənkəran” oyunu meydan sahiblərinin 3:4 hesablı məğlubiyyəti ilə nəticələndi. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra komandaların çalışdırıcıları matçla bağlı bunları dilə gətirib:
Mirça Rednik, "Xəzər Lənkəran"ın baş məşqçisi: "Gözəl, möhtəşəm oyunun şahidi olduq. Komandam çox gözəl oyun göstərdi, qələbə qazandı. "Neftçi" çox güclü komandalardan biridi. Bizi Lənkəranda daha bir oyun gözləyir, cütün taleyi həmin oyunda müəyyənləşəcək".
Arif Əsədov, "Neftçi"nin baş məşqçisi: "İki fərqli hissə izlədik. İlk hissədə komandamın oyunundan razı qalmadım. Səhvlər buraxdıq, qapımızda qollar gördük. İkinci hissədə isə dəyişikliklər etdik, bunun bəhrəsini gördük. Komandam iki top vurdu, amma məğlub oldu. Fikrimcə, cütün taleyi Lənkəranda keçiriləcək ikinci oyunda həll olunacaq".
