3 mart 2011 21:11
Tofiq Bəhramov stadionunda vandalizm (FOTO)
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Neftçi” və “Xəzər Lənkəran” arasındakı kubok matçı mərkəzi arenaya böyük ziyan vurub. Azerisport.az xəbər verir ki, stadionun direktoru Akif İsmayılov arenada fanatların 250-ə yaxın oturacağı sındırdığını söyləyib:
“Qonaq komandanın azarkeşləri baş hakimin qapılarına penalti təyin etməsindən sonra oturacaqları qırmağa başladılar. Lakin ən acınacaqlısı ondadı ki, XL fanatları belə bir qələbə qazandıqları görüşdə oturacaqları qırmağa üstünlük verirlər. Hələ stadionumuzda belə şey olmamışdı. 250-dən çox oturacaq sındırılıb”.
