3 mart 2011 19:50
Mərkəzi arenada qol şousu (YENİLƏNİB)
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin qalan 3 görüşü keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə cəmi 1 qarşılaşma baş tutan bu mərhələnin digər görüşlərindən ikisi Bakıda, digəri bölgədə baş tutub.
"Qəbələ" və "Bakı" arasındakı duel qolsuz tamamlanıb. "İnter" "Abşeron"u minimal hesabla məğlub edib. "Neftçi" və "Xəzər Lənkəran" arasındakı qarşılaşmada isə azarkeşlər düz 7 qol izləyə bilib.
Azərbaycan kuboku
1/4 final (ilk oyunlar)
3 mart (cümə axşamı)
NEFTÇİ – XƏZƏR LƏNKƏRAN - 3:4 (1:3)
Qol: Parks, 12 (0:1), Flavinyo, 32-pen (1:1), Skarlatake, 36 (1:2), Vobay, 45+2 (1:3), Mureşan, 60 (1:4), Flavinyo, 63 (2:4), Georgiyevski, 70 (3:4).
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Eldar Nağıbəyov, Elçin Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
Oyundan öncə vaxtilə hər iki komandanın şərəfini qorumuş Kamal Quliyev üçün vida mərasimi təşkil olunur. Topa ilk toxunuşu da o edir və alqışlar altında meydanı tərk edir
Oyun başladı
İlk dəqiqələrdən "Neftçi" daha fəal görünür
12. XL ilk hücumundaca hesabı açır. Uinston Parks sağ cinahdan irəliləyib topu çərçivəyə göndərir - 0:1
Parks hesabı açdığı epizodda zədələnir
Nasimovu cərimə meydançasına yaxın yerdə yıxırlar. Təyin olunan cərimə zərbəsini Mirhüseyn Seyidov yerinə yetirir. Çox təhlükəli olsa da, zərbə qolla nəticələnmir
Flavinyoya qarşı da eyni qayda pozuntusu. Yenə təhlükəli cərimə zərbəsi. Bu dəfə Ruslan Abışovun yerinə yetirdiyi möhtəşəm zərbəni Kamran Ağayev eyni gözəlliklə kornerə çıxarır
XI-ın cərimə zərbəsi vurmaq şansı. Rauf Mehdiyev komandasını qoldan xilas edir
"Neftçi" yenə təhlükəli cərimə zərbəsi vurmaq şansı qazanır. Flavinyoya qarşı kobudluğa görə təyin edilən cərimə zərbəsini yenə Seyidov yerinə yetirsə də, canlı səddən qayıdır
Stanku cərimə meydançasında Flavinyonu yıxır və XL-ın qapısına penalti təyin olunur
Stanku sarı vərəqə alır
Flavinyo hesabı bərabərləşdirir - 1:1
Parksın əla zərbəsini Rauf eyni gözəlliklə dəf edir
"Neftçi" və XL azarkeşləri arasında dava düşür. Lakin bəzi fanatların bu hərəkətinin daha ciddi xarakter almasına polislər mane olur
Elnur Abdullayev qarşı qayda pozuntusu və cərimə zərbəsi
Vobayın yerinə yetirdiyi cərimə zərbəsini Skarlatake başla tora qovuşdurur - 1:2
37. "Neftçi"də erkən əvəzləmə. M.Seyidovu Rodriqinyo əvəzləyir
Elnur Abdullayevin təhlükəli zərbəsi qapıdan yan keçir
Kamran Ağayev cərimə zərbəsi zamanı topu ələ keçirir
Nasimov hesabı bərabərləşdirmək üçün gözəl şansa malik olsa da, zərbəsi son anda dəqiq olmur
Rəşad Abdullayevin uzaqdan zərbəsi. Son anda Kamran topu korner çıxara bilir
45+2. Parks və Vobay meydan sahiblərini əks hücumda yaxaladı. Sonuncu vurmayana vurarlar prinsipindən yararlanıb Neftçini 3-cü dəfə cəzalandırır - 1:3
İlk hissə başa çatdı
İkinci hissə başladı
E.Abdullayev hakimə etiraza görə sarı vərəqə alır
Cərimə zərbəsi zamanı az qala XL-lı oyunçu avtoqola imza atacaqdı
Daha bir cərimə zərbəsi. Yenə Ruslan, yenə Kamran. Gözəl zərbə və gözəl seyv.
Andrey Mureşan qapı qarşısına göndərilən topu tora qovuşdurur - 1:4
Daha bir cərimə zərbəsi zamanı Abışovun ötürdüyü topu Flavinyo başla tora qovuşdurur - 2:4
Parksın əks-hücum qurmasına Denis Silva mane olur və sarı vərəqə alır
Skarlatakenin baş zərbəsi azca dəqiq olmur
Flavinyo XL-ın müdafiəsini pərən-pərən salıb, qapı ağzına ideal ötürmə edir ki, Slavko Georgiyevski boş qapını dəqiq nişan alır - 3:4
XL-da Parksı Opara əvəzləyir
Adrian Pit topa fitdən sonra zərbə vurduğuna görə sarı vərəqə alır
Rednik əsəbidi və baş geyimini yerə çırpır. Onun bu çılğınlığı baş hakimin diqqətindən yayınmır. Salmanov Redniki texniki zondan qovur. Lakin bu zaman onların arasında kiçik münaqişə də yaranır
"Neftçi"də Rail Məlikovu Cavid Hüseynov əvəzləyir. Lakin baş məşqçinin bu qərarı deyəsən Railin ürəyincə olmur. O meydandan çıxandan sonra formasını çıxarıb yerə atır
Vobaydan möhtəşəm oyun. Onun zərbəsi dirəkdən dönür
Vobayı Katalin Doman əvəzləyir
Opara vaxtı gecikdirdiyinə görə sarı vərəqə alır
Araz Abdullayev kobud oynadığına görə sarı vərəqə alır
Arazın zərbəsində azca dəqiqlik çatışmır
Matç başa çatdı
ABŞERON– İNTER - 0:1 (0:0)
Qol: Karlson, 80.
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İsgəndər Əliyev, Vüsal Əliyev.
Bakı. "Şəfa" stadionu.
Oyun başladı
"İnter" oyuna daha fəal başlayıb və topa nəzarəti əlində saxlayır
"Abşeron"un qapısına ilk zərbə dəqiq olmur
Kaxaber Sxadadze bu oyunda uzun müddətdi heyətdən kənarda qalan Poşkusu ilk dəqiqələrdən meydana buraxıb və komandanın əsas qol silahı Karlson ehiyatda qalıb
"Abşeron" da arabir hücuma keçir, lakin ehtiyatlı oyuna üstünlük vermək şərtilə
İlk yarı başa çatır
İkinci hissə başladı
"Abşeron" ikinci hissədə də daha çox müdafiə olunur
Çertoqanovun uzaqdan zərbəsini qapıçı dəf edir
"İnter" nəhayət ki, ikinci hissədə meydana çıxan Karlsonun sayəsində hesabı açır - 0:1
Matç başa çatdı
QƏBƏLƏ - BAKI - 0:0
Hakimlər: Rövşən Əhmədov, Vaqif Musayev, Mehman Mahmudov, Əliyar Ağayev.
Qəbələ şəhər stadionu.
Oyun başladı
Komandalar ilk dəqiqələrdən qarşılıqlı hücumlar təşkil etməyə çalışır
Ramimin zərbəsini Doroşev tutur
"Qəbələ" az qala hesabı açacaqdı. Şarliya öncə Subaşiçin, ardınca isə Murad Hüseynovun təhlükəli zərbələrini son anda kornerə çıxarır
Matç güclü qar yağışı altında oynanılır
Muradın daha bir təhlükəli zərbəsini Şarliya dəf edir
Subaşiçin uzaqdan zərbəsi qapının yanından keçir
Doroşev kobud səhbə yol versə də, Jabanın hesabı açmasına son anda Baranin mane olur
Bir neçə dəqiqə zədəli oynayan Borets meydanı tərk etmək məcburiyyətində qalır. Roşa meydana daxil olur
Künc zərbəsi zamanı Bartonun baş zərbəsindən sonra top dirəkdən dönür
Matçda ilk sarı vərəqəni meydan sahiblərindən Razvan Tarlea alır
İlk yarı başa çatır
İkinci hissə başladı
"Qəbələ"də Subaşiçi ikinci hissədə Arif İsayev əvəzləyir
İkinci hissə başlayan kimi rəqibin səhvindən sonra topu ələ keçirib qapıçıyla üz-üzə qalan Bartonun zərbəsi inanılmaz şəkildə çərçivəyə düşmür
Stefan Bates Bartona qarşı kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
Beraya da sarı vərəqə alır
Bakıda Leviqanı Sofroni əvəzləyir
Ramim də sarı vərəqə ilə cəzalanır
İsayev inanılmaz vəziyyəti boşa verir
Jabanı Kaykut əvəzləyir
Matç başa çatdı
Qeyd edək ki, ilk oyun günündə “Turan”ı qəbul edən AZAL 2 cavabsız qolla qələbə qazanmışdı.
