3 mart 2011 11:53
Karqbo: Qəbələdə ölüm-dirim mübarizəsinə çıxacağıq
“Bakı”nın yarımmüdafiəçisi İbrahim Karqbo “Qəbələ” ilə kubok oyunu öncəsi şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qəbələ” möhkəm qozdu. Özü də onlarla çempionatdakı oyunlar da bizim xeyrimizə başa çatmışdı. Üstəlik, biz ilk altılıqda qalsaq da, onlar ikinci altılığa düşdülər. Mümkündü ki, onlar bizi məyus etsin. Ancaq bizim əsas vəzifəmiz səfər matçında da qələbə qazanmaqdı. Əgər biz kubokda da mübarizəni davam etdirsək, avokuboklara çıxmaq şansımızı da artırmış olacağıq. Odu ki, Qəbələdə ölüm-dirim mübarizəsinə çıxacağıq. Səfərdə də qələbə qazanmağa çalışacağıq ki, evdə işimiz asan olsun. Onlar öz meydanlarında çox yaxşı oynayırlar. Bizə isə çox çətin olacaq”.
