3 mart 2011 12:33
Azərbaycanlı futbolçu Kiyev Dinamo`sunda
Rusiyanın “Lokomotiv” klubunun əslən azərbaycanlı futbolçusu Aleksandr Əliyev karyerasını yenidən Ukraynada davam etdirəcək. Azerisport.az xəbər verir ki, onu, Kiyev “Dinamo”su heyətinə qatıb.
“Dinamo”nun yaydığı rəsmi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlayıblar. Klub prezidenti İqor Surkis isə bu keçidlə bağlı bunları dilə gətirib: “Baş məşqçimiz Yuri Syomin Əliyevin məhz qış transfer dövründə alınmasını çox istəyirdi. Bu səbəbdən, biz danışıqları yeniləmək üçün arqumentlər tapdıq”.
Qeyd edək ki, Əliyev Rusiyada top qovsa da, həm də Ukrayna yığmasının şərəfini qoruyurdu. Bir sözlə o, özü üçün dogma olan ölkəyə qayıdıb.
