3 mart 2011 12:42
Vaqif Qasımov: Biz təbii ot örtüyü istəyirdik
AZAL-ın prezidenti Vaqif Qasımov bildirib ki, Şüvəlandakı öz stadionlarında təbii ot örtüyü salmağı hədəfləyibmişlər. Lakin azerisport.az xəbər verir ki, bu, müəyyən səbəblərdən baş tutmayıb:
“Ümumiyyətlə, biz təbii qazon qoymaq istəyirdik. Ancaq mütəxəssislər bizi inandırdılar ki, burda ot bitməyəcək. Buna görə də süni qazonu seçmək məcburiyyətində qaldıq. Hansı ki, heç təbii örtükdən heç də çox fərqlənmir. Biz FİFA-dan iki ulduz almışıq. Diplom FİFA prezidenti Zepp Blatter tərəfindən imzalanıb”.
