3 mart 2011 12:50
Belçikalılar azərbaycanlı azarkeşlər üçün 2-ci tribunanı ayırdılar
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da keçiriləcək Belçika – Azərbaycan oyununda millimizi dəstəkləmək istəyən azarkeşlər üçün Belçika Futbol Federasiyası tərəfindən Brüsseldəki “Rua Boduen” stadionunun 2-ci tribunasının A sektoru ayrılıb. Azerisport.az xəbər verir ki, AFFA rəhbərliyi qeyd olunan qarşılaşmada millimizi dəstəkləmək üçün stadiona gələcək azarkeşlərdən biletləri məhz həmin sektora almasını xahiş edir.
Maraq üçün qeyd edək ki, biletlərin qiyməti 15 avrodu.
