4 mart 2011 13:00
Rövnəq Abdullayev: PFL-dən xahiş etmişəm ki, Redniki cəzalandırsınlar
AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin ölkə kubokunun “Neftçi” ilə oyunundakı davranışları onun xoşuna gəlməyib. Azerisport.az xəbər verir ki, futbol qurumumuzun rəhbəri artıq buna görə Peşəkar Futbol Liqasından onun cəzalandırılmasını xahiş etdiyini də söyləyib:
“Rednik bizim qanunla əməl, hörmət etməyə borcludu. Buna görə mən PFL-dən onun cəzalandırılmasını xahiş etmişəm. Klubun vitse-prezidenti Tuyqun Nadirovun narazılığına gəlincə, o, onsuz da həmişə nədənsə narazıdı. “Xəzər Lənkəran”ın udmasından və ya uduzmasından asılı olmayaraq”.
