4 mart 2011 13:12
Torres: Türkiyə üzərində qələbə ilə hər şey bitmir
UEFA prezidentinin məsləhətçisi Paskal Torres Azərbaycan futbolunun inkişafına dair fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, bu haqda danışarkən o, aşağıdakı fikirləri dilə gətirib:
“Futbol oynamaq asandı, onu inkişaf etdirmək çətin. Bu yolda üç vacib mərhələ var. Birinci populyarlaşdırmadı. Bu planda AFFA öz işi ilə öyünə bilər. Son zamanlar ikinci planda – infrastruktur baxımından da inkişaf var. Təşkilatçılıq da yaxşı səviyyədədi. AFFA-nın bazasında 15 000 oyunçunun qeydiyyatdan keçməsi az şeydən xəbər vermir. Lakin bütün bunlara baxmayaraq, hələ çox işləmək lazımdı. Türkiyə üzərində qələbə ilə hər şey bitmir. 2012-ci il Azərbaycan futbolu üçün daha böyük önəm daşıyacaq”.
