4 mart 2011 14:18
Xaqani Məmmədov: Redniki hər oyunda texniki zonadan qovmaq lazımdı
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov dünən keçirilən “Neftçi” – “Xəzər Lənkəran” matçında Anar Salmanovun idarəçiliyi, həmçinin cənubluların vitse-prezidenti Tuyqun Nadirovun ittihamları barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Bəs niyə Nadirov “Muğan”la oyuna qədərki rüşvət haqda danışmıyıb? Salmanovun idarəçiliyinə gəlincə, o, normal idi. Rednikin qovulması? Onu hər oyunda texniki zonadan qovmaq lazımdı. Çünki hər oyunda özünü elə aparır”.
