4 mart 2011 14:25
Berti Foqts: Mahiri toplanışa dəvət edəcəm, amma...
Millimizin baş məşqçisi Berti Foqts Mahir Şükürovun “Anji”dəki durumunu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında almaniyalı mütəxəssis komandasının aparıcı üzvlərindən olan futbolçunun hazırkı durumuna belə münasibət bildirib:
“Mən daim Mahirlə, “Anji”nin baş məşqçisiylə əlaqə saxlayıram. Əgər Şükürov oynamasa, bu həm onun özü, həm də yığma komanda üçün çox pis olacaq. Məsələn, macarlarla oyunda Rəşad Sadıqovun timsalında da gördük ki, formasız futbolçu nə deməkdi? Mən Mahiri qarşıdakı toplanışa dəvət edəcəm, amma onun meydana çıxıb-çıxmayacağı hələlik sual altındadı”.
