4 mart 2011 14:31
Hafiz Məmmədov Starkovun qarşısına qoyduqları vəzifələri açıqladı
“Bakı”nın prezidenti Hafiz Məmmədov Aleksandr Starkovun fəaliyyətini dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, komandasının yeni çalışdırıcısının işinə belə qiymət verib:
“Biz Starkovu böyük ümidlərlə gətirmişik. Komanda Premyer Liqada ilk altılığa düşüb və ölkə kubokunda da yarımfinala çıxa bilər. Latviyalının qarşısındakı vəzifə çempionatda mümkün qədər üst pillələrdə qərarlaşmaq, eləcə də kubokda imkan daxilində çox irəliləməkdi”.
