4 mart 2011 14:40

“Bizi bir-birindən çətin 10 final oyunu gözləyir”

“Qarabağ” Premyer Liqanın “altılıq” mərhələsinə hazırlıq məqsədiylə yollandığı Antalyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Vüqar Nadirov məhz bu hazırlıq prosesi, eləcə də cari mövsümkü çıxışları və qarşıdakı həlledici oyunlardan danışıb:
 
“Hazırlığımız yaxşı gedir. Final mərhələsinə 3-cü pillədə qədəm qoymağımız da bizə əlavə ruh yüksəkliyi gətirib. Bəlkə də çoxları bizdən son 3 oyunda qələbə gözləsə də, 2 darmadağın gözləmirdi. Amma biz başımızı aşağı salıb öz işimizlə məşğuluq. Çempionatın startında zədələrdən əziyyət çəkmişdik. Üstəlik, iyunun əvvələrindən dayanmadan oynayırdıq. Amma qışda yaxşı hazırlaşdıq. Üstəlik, zədəlilərimiz sağaldı, yeni transferlərlə gücləndik. Demək olar ki, bütün mövqelərdə ən azı 2 futbolçumuz var. Son oyunlarda yaxşı formada olmağıma gəlincə, təkcə mən yox, bütün komanda yaxşı formadadı. Belədə hamının işi asanlaşır. Düzdü, 2 ötürmə vermişəm. Amma qol vurmaq üçün də imkanlarım oldu. Düzdü, hücumçunun işi qol vurmaq olsa da, əsas komandanın qələbəsidi. Kimin vurmasının elə də önəmi yoxdu.
 
Final mərhələsinə də ciddi hazırlaşırıq. Bizi bir-birindən çətin 10 final oyunu gözləyir. Hər qələbənin böyük əhəmiyyəti var. İnşallah, qələbə seriyasını davam etdirmək istəyirik.Bilirik ki, hamı bizim avrokuboklarda çıxış etməyimizi istəyir. Bu bizim məsuliyyətimizi artırır. Amma komandamıza inanırıq. Çempionatı ilk 3-lükdə bitirsək əla olar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.