4 mart 2011 15:12

Neftçi`dən sərt açıqlama: Rednik niyə onda səsini çıxarmırdı?

“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Azərbaycan kubokunun 1/4 mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Xəzər Lənkəran" oyunu ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, çıxışında bir sıra ittihamları cavablayıb, xüsusilə rəqib komandanın baş məşqçisi Mirça Rednikin hərəkətlərini pisləyib:
 
"Azarkeşlər  super bir qarşılaşmanın şahidi oldular. Çoxdan idi futbolumuzda belə maraqlı, gərgin qarşılaşma izləməmişdik. Fikrimcə, bu cür oyunlar yalnız Azərbaycan futbolunun inkişafına xidmət edir. "Neftçi" rəqibinə öz meydanında məğlub olsa da, bu, hələ son demək deyil. Qarşıda cavab oyunu var və "Neftçi" növbəti mərhələyə çıxmaq üçün bütün var qüvvəsi ilə mübarizə aparacaq. Futbolda bu cür hallara tez-tez rast gəlmək olur. Futbol həvəskarları Avropa kuboku çərçivəsində keçirilən "Spartak" - "Verder", "Milan" - "Deportivo" qarşılaşmalarını yəqin ki, yaxşı xatılayırlar. İlk oyunlarda "Spartak" və "Milan" klubları rəqiblərini 4:1 hesabı ilə məğlub etsələr də, müvafiq olaraq 2:6 və 0:4 hesabları ilə uduzaraq, kubok yarışlarından kənarda qalıblar. İnanıram ki, biz Lənkəranda baş tutacaq cavab oyununda yenə gözəl atmosferin və super matçın şahidi olacağıq".
 
Elnur Əşrəfoğlu kubokun ilk oyunundan sonra mətbuata açıqlamalar verən "Xəzər Lənkəran" klubunun futbolçularının və baş məşqçisinin ittihamlarına isə belə münasibət bildirib: "Xəzər Lənkəran"lılar iddia edirlər ki, görüşü idarə edən hakimlər "Neftçi"nin tərəfini saxlayıblar. Bu cür fikirlər səsləndirmək gülüncdü. Məgər Mirça Rednik və onun futbolçuları bu komandalar arasında 20 gün əvvəl  Bakıda keçirilən çempionat oyununu xatırlamırlar? Əgər yadlarına  düşmürsə, mən onlara xatırladım. Həmin oyunda Bahodir Nasimova qarşı kobudluqlara hakim iki dəfə göz yumdu və "Xəzər Lənkəran"ın qapısına 100 faizlik penaltiləri vermədi. Daha sonra evində AZAL-ı qəbul edən "Xəzər Lənkəran"ın referinin köməkliyi ilə "təyyarəçilər"ə necə qalib gəldiyini bütün Azərbaycan gördü. Bax, onda Rednik niyə səsini çıxarmırdı? İndi başlayıb düzgünlükdən dəm vurmağa...
 
Rumıniyalı məşqçi oyunboyu emosional hərəkətləri ilə hər iki klubun azarkeşləri arasında iğtişaşların yaranmasına səbəbkar oldu. Məhz onun hakimlərin qərarına hər etirazı azarkeşlər arasında "söyüş deyişməsinə" gətirib çıxarırdı. İki klubun rəhbərliyi arasında gözəl münasibtlər var. Rednik kimilər bu münasibətlərə nifaq gətirə bilməz. "Neftçi" məğlubiyyətləri peşəkar səviyyədə həzm edə bilir və hamı da yaxşı başa düşür ki, ilk görüşdə alınan məğlubiyyət heç də dünyanın sonu demək deyil. Rəqib komandanın Elnur Abdullayev, Kamran Ağayev və yumutrtadan dünən "çık" eləyib çıxan Vobaya isə məsləhət görərdim ki, boş-boş danışmaqdansa, gedib futbollarını oynasınlar. "Neftçi"nin heç kimin köməyinə ehtiyacı yoxdu. Klubumuzda Azərbaycan futbolunun inkişafı naminə görülən işlər göz qabağındadı. "Neftçi" PFK-nın səmimi, qayğıkeş və həyatını idmana həsr edən Sadıq Sadıqov kimi prezidenti var və belə insana yalnız çempionluq yaraşır. İnşallah, bu istəyimiz tezliklə reallaşacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.