4 mart 2011 15:32

Hafiz Məmmədov: O, mənim sevimli oyunçumdu

“Bakı”nın prezidenti Hafiz Məmmədov bu gün AFFA-da keçirilən konfrans zamanı azerisport.az saytının bəzi suallarını cavablayıb.
 
- “Bakı”nın son oyunlardakı çıxışını necə dəyərləndirərdiz?
- Ötən il komanda çox pis oynadı və buna görə xeyli xal itirmişik. Ancaq hazırkı baş məşqçimiz Aleksandr Starkova böyük ümidlər bəsləyirik. Demək olar ki, yeni komanda yaradırıq. Komandanın daha yaxşı səviyyəyə gəlməsi üçün vaxt lazımdı.
 
- Kubokun “Qəbələ” ilə son oyunu xoşunuza gəldi?
- Razı qalmadım, amma heç-heçə sərfəli nəticədi. Ona görə ki, “Qəbələ” bu mövsüm çox inamlı oynayır. Həm də bizim komanda oyundan-oyuna özünə gəlir, baş məşqçimizin öz ideyalarını həyata keçirməsi üçün vaxta ehtiyac var. Hamımız çalışırıq ki, “Bakı” qələbələri ilə bizi sevindirsin.
 
- Jaba və Roşanı bağışlamağınıza nə səbəb oldu?
- Onlar komandanın təlim-məşq toplanışına heç də öz günahları ucbatından gecikməmişdilər. Səfər zamanı müəyyən problemlərlə üzləşmişdilər. Yol yaxın deyil və buna görə də onlar komandanın düşərgəsinə lazımı vaxtda qoşula bilməmişdilər. Onların hər ikisinə mən böyük ümidlər bəsləyirəm. Hesab etdim ki, onlara bir şans da vermək lazımdı. Hər ikisi komanda qarşısında üzr istədilər. Gizlətməyəcəm: Jaba mənim sevimli oyunçumdu. Ötən mövsüm o, çox gözəl oynamışdı.
 
- “Neftçi” – “Xəzər Lənkəran” oyununa baxdınız?
- Baxa bilmədim. İşimlə əlaqədar ölkə xaricində idim. Amma mənə deyiblər ki, hər iki komanda möhtəşəm oyun sərgiləyib. Bu, çempionatdakı rəqabətə kömək edə bilər. Bilirəm ki, “Bakı”ya çətin olacaq, amma yenə ümidimi itirmirəm.
 
- Hesab etmirsiz ki, kubokda daha çox şansınız var?
- Hər iki cəbhədə şanslarımız qalır. Çempionatda 10 tur qalıb, kubokda isə hələ yarımfinala vəsiqə qazanmamışıq.
 
- Vinfrid Şeferin komandadan gec ayrılmasına nə səbəb oldu?
- O, “Bakı”dan özü ayrıldı. Çünki komanda çox çətin vəziyyətdə idi.
 
- Tunc Afşar komandada qalacaq?
- O, “Bakı”dakı işini davam etdirir. Afşar beynəlxalq əlaqələrin qurulmasında bizə yardımçıdı. Çünki yaxşı əlaqələri var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.