4 mart 2011 17:36

Arif Əsədov: Bu mənada biz XL-a uduzuruq

“Neftçi”nin baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a məğlubiyyətlərindən və şanslarından danışıb:
 
- Belə məğlubiyyətə nə səbəb oldu?
- Bizkomandaoyunundauduzmadıq. Rəqibə fərdi mübarizələrdə uduzduq. Qapımıza vurulan ilk qola kimi hər şey bizim nəzarətimiz altında idi. Adi bir aut sonrası qol buraxdıq, hansı ki, bunu qətiyyən gözləmirdik.
 
- “Xəzər Lənkəran” hesabı 1:4-ə çatdıranda nə düşünürdüz?
- Mən bilirdim ki, qarşıda 30-35 dəqiqəmiz var və bu fərqi aradan qaldırmalıyıq.
 
- “Neftçi”nin müdafiəsi necə belə səhvlər buraxdı?
- Heç kim səhvlərdən sığortalanmayıb. Hesab 1:1 olandan sonra da irəli atıldıq. Çünki qələb qazanmaq istəyirdik. Lakin ikinci qolu buraxdıq. Oyun ərzində elə vurulanlardan əlavə daha 6-7 təhlükəli vəziyyətimiz də oldu.
 
- Bu oyun Denis Silvanı ehtiyatda oturda bilər?
- Mən istəməzdim kimisə xüsusi qeyd edim. Bizim əsas problemimiz ümumilikdə müdafiə xəttindəki əlaqənin zəifliyidi.
 
- Nəticə yox, futbol sizin xoşunuza gəldimi?
- Hər iki komandanın azarkeşləri sağ olsunlar. Hər kəs qolsuz bərabərliyin əleyhinə idi, amma bu görüşdə birdən-birə 3:4 hesabı qeydə alındı. Oyun yəqin ki, razı salır, amma şübhəsiz nəticə ürəyimcə deyil. Mənim ən çox xoşuma gələn məqam futbolçularımızın özlərində güc tapıb əlavə iki qol vurması oldu. İkinci hissəyə 1:3 məğlub durumda çıxıb, hətta daha bir qol buraxandan sonra ikisini vurmaq elə də asan deyil. Adətən belə məqamlarda futbolçular ruhdan düşürlər.
 
- Bəs sizə elə gəlmir ki, rəqib də 1:4-dən sonra arxayınlaşdı?
- Mən sizin sualınıza digər tərəfdən yanaşardım. Biz qolları sırf öz səhvlərimizdən buraxdıq. Ancaq hesabda öndə olan komanda adətən daha çox müdafiəsinə diqqət ayırır.
 
- Qış fasiləsində “Neftçi” keçirdiyi yoxlama görüşlərində əla oyun göstərdi, yaxşı nəticələr qazandı. Lakin “Xəzər Lənkəran”la oyunlarda üstünlüyün rəqib komandada olduğunu görürük...
- Belə oyunlarda aşkar üstünlük hiss edilmir. “Xəzər Lənkəran” Türkiyədə bizim oyunları görürdü və başa düşürdü ki, güclənmək lazımdı. 12 transfer təbii ki, sözünü deməliydi.
 
- Bəs “Neftçi”nin transfer siyasətindən nə dərəcədə razısız?
- Bizdə problemlərvar. Mpenzanın sıradan çıxması bizim üçün çox ciddi itkidi. Onun meydana çıxması hər an sözünü deyə bilərdi. Bizim heyətimizdə sonradan meydana çıxıb, oyunun taleyini dəyişə biləcək oyunçular yoxdu. Amma “Xəzər Lənkəran”da əskin, bu baxımdan heç bir problem yoxdu. Bu mənada biz rəqibə uduzuruq.
 
- Bahodir Nasimova nə olub?
- Ola bilsin ki, ona psixoloi cəhətdən istirahət lazımdı. Biz onun mənəvi vəziyyətinin yaxşılaşması üçün çalışırıq. Əfsuslar olsun ki, Mpenza yoxdu. Onda Nasimovu ehtiyatda saxlamaq olardı. Bəlkə də, onu iki oyunda sonradan meydana buraxsaq, daha çox faydası olar.
 
- Bəs Rail Məlikovun siz onu əvəzləyərkən etdiyi hərəkətə reaksiyanız necə olacaq? Axı o, “Neftçi”nin formasını çıxarıb yerə atdı...
- Düzünü deyim ki, mənim fikrim oyunda olduğundan, həmin epizodu görməmişəm. Sadəcə mənə olanları deyiblər. Biz bununla bağlı müvafiq qərar çıxacağıq. Heç kim komandamızın formasına qarşı belə münasibət göstərə bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.