4 mart 2011 18:04
Julius Vobaydan tarixi qol
“Xəzər Lənkəran”ın syerra-leoneli futbolçusu Julius Vobay cənub klubunun tarixinə düşüb. Azerisport.az xəbər verir ki, o, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Neftçi”nin qapısına vurduğu qolla yubileyə səbəbkar olub.
Belə ki, afrikalının 45+2-ci dəqiqədə vurduğu qol komandanın Azərbaycan kuboku tarixində 100-cü qolu olub. 2004-cü ildə ölkə kubokunda debüt edən “Xəzər Lənkəran” nəticəsi ləğv olunan matçlar, həmçinin penaltilər seriyası nəzərə alınmamaqla 97 dəfə fərqlənmişdi. “Neftçi”nin qapısına vurulan 3-cü qolla Vobay əlamətdar topun müəllifi olub.
Mövsüm O Q H M TOP X
2004/05 6 2 3 1 6-5 9
2005/06 8 6 1 1 19-3 19
2006/07 9 8 0 1 24-2 24
2007/08 9 7 1 1 27-7 22
2008/09 4 2 1 1 8-3 7
2009/10 7 4 1 2 10-7 13
2010/11 2 2 0 0 7-4 6
Cəmi 45 31 7 7 101-31 100
