4 mart 2011 11:27
Rövnəq Abdullayev: Neftçi – XL kimi oyunlar daha çox olmalıdı
AFFA prezidenti Rövnəq Abdullayev dünən ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Xəzər Lənkəran” (3:4) oyununa münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, sözügedən oyunla bağlı bunları dilə gətirib:
“Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı oyunlar mənim çox xoşuma gəldi. Belə görüşlər mümkün qədər daha çox olmalıdı. Məhz belə oyunlar vasitəsilə azarkeşləri stadiona gətirmək olar”.
