4 mart 2011 12:26
AFFA yığmanın baş məşqçilərini təsdiqlədi (YENİLƏNİB)
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda vitse-prezident Elşad Nəsirovla Bakı Futbol Federasiyasının prezidenti Cahangir Hacıyev iştirak etməyib.
Artıq İK ilk qərarını açıqlayıb. Müxtəlif milli komandaların baş məşqçilərini təsdiqləyən komitə əsas yığmamızın sükanı arxasında olan Berti Foqtsun da fəaliyyətini təsdiqləyib. Yeri gəlmişkən, almaniyalı mütəxəssisin də hazırda AFFA-da olduğunu vurğulayaq.
Uşaq-gənclər Futbol Federasiyasının prezidenti Mikayıl Rəhimov belə bir təkliflə çıxış edib ki, Premyer Liqanın hər bir oyunundan öncə, dövlətimizin himni səsləndirilsin: "Rusiya və Türkiyə çempionatlarında bu təcrübədən istifadə olunursa, biz də bundan yararlana bilərik".
